"Qarabağ" "Legiya" və "Lex"ə qarşı oyunlarda kimin daha yaxşı olduğunu açıq şəkildə göstərib"

"Rakuv"un yeni baş məşqçisi David Şvarqa Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin püşkatma mərasimindən sonra komandasının "Qarabağ"la oynamaq ehtimalını şərh edib.

Newsport.az-ın məlumatına görə, polşalı mütəxəssis Ağdam klubunun "Legiya" və "Lex"ə qarşı oyunlarını xatırladıb:

"Qarabağ" Polşada hamının çox yaxşı tanıdığı komandadır. "Legiya" və "Lex"ə qarşı matçlarda kimin daha yaxşı olduğunu açıq şəkildə göstəriblər. Bizi çox çətin "döyüş" gözləyir. Ancaq bu, prinsiplərimizi göstərmək və rəqibi məğlub etmək istəyimizi dəyişmir. Təbii ki, bu qarşılaşma baş tutarsa...Çünki hazırda bizi "Flora"ya qarşı matç gözləyir və bütün fikirlərimiz bu rəqiblə bağlıdır".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right