Polşa klubu yığmamızın sabiq üzvünü transfer etməyə yaxındır

Azərbaycanın U-17, U-19 və U-21 yığmasının sabiq üzvü Ricat Qarayev Polşada komandasını dəyişməyə yaxındır.

Newsport.az saytına verilən məlumata görə, müdafiəçi daha üst liqadan təklif alıb. Son olaraq dördüncü liqada çıxış edən "Şeçinek"də oynamış Qarayevə Polşa üçüncü liqasında yarışan "Flota"dan maraq var. Son mövsümü dördüncü divizionda çempion kimi başa vuraraq üçüncü liqaya vəsiqə qazanan klub Qarayevi heyətinə qatmaq üçün danışıqlar aparır. Tərəflərin ilkin razılıq əldə etdiyi və son anda problem çıxmasa, müqavilə imzalanacağı gözlənilir.

23 yaşlı müdafiəçi “Sabah”, “Neftçi”, “Sumqayıt”, “İrao”, “Qardabani” klublarında oynayıb. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right