"Fənərbaxça"nın gənc ulduzu bu klubda oynamaq istəyir

"Fənərbaxça"nın gənc ulduzu Arda Güler komandadan ayrılmaq istəyir.

Newsport.az xəbər verir ki, Avropa nəhənglərinin transfer siyahısında olan 18 yaşlı yarımmüdafiəçi oynamaq istədiyi kubu müəyyənləşdirib. Türkiyə millisinin üzvü "Sevilya"nın formasını geyinmək arzusundadır. Bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.

Qeyd edək ki, "Fənərbaxça" Arda Güleri 2019-cu ildə "Genclerbirliyi" akademiyasından heyətinə qatıb. Gənc istedad son mövsümdə İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 35 rəsmi matçda 6 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right