Cüneyt Çakır Rusiya Futbol İttifaqı ilə anlaşdı

Hakimlik karyerasını başa vuran Cüneyt Çakır Rusiya Futbol İttifaqı (RFİ) ilə əməkdaşlıq edəcək.

Newsport.az-ın məlumatına görə, bu haqda Rusiyanın championat.com saytı məlumat yayıb. Bildirilib ki, sabiq FİFA referisi Rusiya Futbol İttifaqının hakim-ekspert komissiyasında təmsil olunacaq. Məlumata görə, gələcəkdə komissiyada daha bir əcnəbi təmsil olunacaq, yerli mütəxəssis sayı isə azaldılacaq. Bu qərar futbol tərəfi maraqlarının toqquşması ehtimalını minimuma endirmək üçün qəbul edilib.

Qeyd edək ki, bugünlərdə serbiyalı hakim Milorad Majiç RFİ-nin Hakimlər Departamentinin sədri təyin olunub. Cüneyt Çakırı komissiyaya məhz onun dəvət etdiyi bildirilir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right