Pirlonun təyinatı açıqlandı

"Sampdoriya" Andrea Pirlonun baş məşqçi təyinatını açıqlayıb.

Newsport.az-ın məlumatına görə, 44 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Pirlo məşqçilik karyerasına futbolçu kimi çıxış etdiyi "Yuventus"da başlayıb. Onun son iş yeri isə Türkiyə "Fatih Karagümrük"ü olub.

Xatırladaq ki, “Sampdoriya” İtaliya A seriyasının son mövsümünü sonuncu - 20-ci pillədə başa vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right