Türkiyənin "Adana Demirspor" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, Super Liqa təmsilçisini Patrik Klyuyvert çalışdıracaq. Bu barədə "TRT Spor" məlumat yayıb. 46 yaşlı mütəxəssislə yaxın günlərdə müqavilə imzalanacaq.
"Adana Demirspor" bir neçə gün öncə Vinçentso Montello ilə yollarını ayırıb.
Qeyd edək ki, Patrik Klyuyvert Niderland və Kamerun milli komandalarında köməkçi məşqçi, "Ayaks"ın U-19, "Tvente"nin isə U-21 komandasında baş məşqçi kimi çalışıb.