Azərbaycanlı futbolçu Emil Mustafayevin yeni klubu müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, 21 yaşlı yarımmüdafiəçi Ukraynanın "Polissya" klubuna keçib. Bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Gənc vinger yeni klubu ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, Emil Mustafayev son olaraq "Aleksandriya"da çıxış edib. U-21 millimizin üzvü başa çatan mövsümdə komandanın heyətində meydana çıxdığı 19 rəsmi matçda 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.