"Real"ın futbolçusu "Liverpul"a keçə bilər

"Real"ın futbolçusu Federiko Valverde karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Newsport.az-ın məlumatına görə, uruqvaylı yarımmüdafiəçinin xidmətində "Liverpul" maraqlıdır. Bu barədə "El Nacional" nəşri məlumat yayıb. Madrid təmsilçisinin "Liverpul"un 24 yaşlı orta xətt oyunçusu üçün göndərdiyi 90 milyon avroluq təklifi qəbul edəcəyi bildirilir.

Qeyd edək ki, "Real" Federiko Valverdeni 2016-cı ilin yayında "Penyarol"un akademiyasından heyətinə cəlb edib. Uruqvay millisinin üzvü son mövsümdə "kral klubu"nun heyətində meydana çıxdığı 56 rəsmi matçda 12 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right