"Neftçi" və "Qarabağ"ın sabiq məşqçisi İngiltərə klubunu çalışdıracaq

Bir vaxtlar Azərbaycanda çalışmış Ruben Sellesin yeni iş yeri müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, ispan məşqçi İngiltərədə çalışacaq. 40 yaşlı mütəxəssis "Ridinq" klubunun baş məşqçisi təyin olunub. Bu barədə I Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, Ruben Selles 2012 - 2014-cü illərdə "Neftçi"də, 2015 - 2017-ci illərdə isə "Qarabağ"da fiziki hazırlıq üzrə məşqçi kimi çalışıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right