Ronaldonun yeni baş məşqçisi bəlli oldu

Kriştiano Ronaldonun formasını geyindiyi "Əl Nəssr" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, Səudiyyə Ərəbistanı təmsilçisini Luis Kastro çalışdıracaq. Bu barədə "Mercato" nəşri məlumat yayıb. Hazırda "Botafoqo"nun baş məşqçisi olan portuqaliyalı mütəxəssis yaxın günlərdə ərəblərlə müqavilə imzalayacaq.

Qeyd edək ki, "Əl Nəssr" Səudiyyə Ərəbistanı çempionatında 2022/2023 mövsümünü 67 xalla 2-ci pillədə başa vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right