"Qalatasaray" son mövsümü icarə əsasında komandada keçirən Milot Raşitsanın transfer hüquqlarına yiələnmək istəyir.
Newsport.az-ın məlumatına görə, İstanbul təmsilçisi kosovolu vingerin müqavilə ilə məxsus olduğu "Norviç Siti" ilə danışıqları davam etdirir. İngiltərə klubu 26 yaşlı ön xətt oyunçusu üçün 6 milyon avro tələb edir.
Qeyd edək ki, Milot Raşitsa 2022/2023 mövsümündə "Qalatasaray"ın heyətində meydana çıxdığı 30 matçda 5 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.