"Milan" bu forvard üçün "Vest Hem"ə təklif göndərdi

"Milan" İtaliya millisinin üzvü Canluka Skamakkanı transfer etməyi planlaşdırır.

Newsport.az-ın məlumatına görə, "rossonyerlər" hücumçu üçün "Vest Hem"ə təklif irəli sürüb.

London təmsilçisi 24 yaşlı hücumçunu icarəyə verməyi düşünmür. İngilislər yalnız transfer məbləği ödəniləcəyi təqdirdə, onunla yollarını ayıracaq.

İtaliya millisinin üzvü “Yonq PSV”, “Sassuola”, “Kremoneze”, “Zvolle”, “Askoli”, “Cenoa”da oynadıqdan sonra 2022-ci ildə “Vest Hem”ə keçib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right