“Fənərbaxça” “Zenit”in futbolçuları Vendel və Malkom üçün “Zenit”lə danışıqlara başlayıb.
Newsport.az-ın məlumatına görə, İstanbul təmsilçisi hər iki braziliyalının keçidini bu yay həyata keçirməyi planlaşdırır.
“Fənərbaxça” ən pis halda, hər iki futbolçunu icarəyə götürməyə çalışacaq. Vendel 2020-ci ildə “Sportinq”dən, Malkom isə 2019-cu ildə “Barselona”dan “Zenit”ə keçib.

























