"Əl-Əhli" "Liverpul"dan ayrılan Roberto Firminyo üçün hərəkətə keçib.
Newsport.az-ın məlumatına görə, Səudiyyə Ərəbistanı təmsilçisi braziliyalının menecerinə rəsmi təklif göndərib.
31 yaşlı hücumçu Avropada qalmaq istəmir və buna görə "Əl-Əhli"də oynamağa müsbət yanaşıb. O, maliyyə istəkləri qarşılanacağı təqdirdə, menecerindən ərəblərin təklifinə razılıq verməsini tapşırıb.
Braziliya millisinin sabiq forardı "Fiqeyrense", "Hoffenhaym" və "Liverpul" klublarında oynayıb.