Azərbaycan millisinin vingeri Mahir Emreli Xorvatiyaya yollanıb.
Newsport.az-ın məlumatına görə, yarımmüdafiəçi "Dinamo"nun düşərgəsinə qoşulub. O, Zaqreb klubunun heyətində Sloveniyaya yollanacaq. Emreli komandanın baş məşqçisi İqor Bisçanın etimadını qazanmağa çalışacaq.
25 yaşlı futbolçunun yeni mövsümə "Dinamo"da başlayıb-başlamayacağı hələ ki, dəqiq deyil. Başa çatan mövsümü icarə əsasında "Konyaspor"da keçirmiş Emrelinin Xorvatiya çempionu ilə müqaviləsi 2026-cı il iyunun 30-da başa çatacaq.
