“Real”dan daha bir futbolçusu ilə müqavilə

“Real” futbolçusu Dani Sebalyosun müqaviləsinin müddətini uzadıb.

Newsport.az Madrid təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçinin yeni sözləşməsi 2027-ci ilin yayınadək nəzərdə tutulub.

Sebalyos ötən mövsüm La Liqada 30 oyuna çıxıb və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

“Kral klubu” daha əvvəl Toni Kroos və Naço Fernandeslə də müqaviləsinin müddətini artırıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right