“Liverpul” onu icarəyə verir Yeni klubu da məlumdur

“Liverpul” yarımmüdafiəçisi Fabio Karvalyonu icarəyə verməyə hazır olduğunu bildirib.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, Mersisayd təmsilçisi portuqaliyalını Almaniya klubu “Leyptsiq”ə icarəyə verməklə bağlı razılıq əldə etməyə yaxındır. Gələn həftə Karvalyonun yeni klubuna qoşulacağı gözlənilir.

20 yaşlı oyunçu 2022-ci ilin yayında “Fulhem”dən “Liverpul”a keçib. O, 2022/23 mövsümündə “qırmızılar”ın heyətində 21 oyuna çıxıb və üç qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right