Nazarov Regional Liqa klubuna keçib

Azərbaycan millisinin keçmiş futbolçusu Dmitri Nazarovun yeni klubu müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, 33 yaşlı yarımmüdafiəçi karyerasını Almaniyada davam etdirəcək.

3-cü Bundesliqa klubu “Ersgebirge”dən ayrılan Nazarov Regional Liqada mübarizə aparan “Kikkers Offenbax”la müqavilə imzalayıb. Bu klubun idman direktoru Kristian Hok da məlumatı artıq təsdiqləyib.

Nazarov 2014-2022-ci illər aralığında Azərbaycan millisinin heyətində 45 oyun keçirib, 7 qola imza atıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right