DÇ-2030: Səudiyyə Ərəbistanı geri çəkildi

Səudiyyə Ərəbistanı 2030-cu ildə keçiriləcək dünya çempionatının ev sahibliyindən imtina edib.

Newsport.az “Marca”ya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı DÇ-2030-u Yunanıstan və Misirlə birgə qəbul etmək fikrindən vaz keçib.

Onlar bunun üçün FİFA-ya ərizə təqdim etməli idilər. Amma Səudiyyə Ərəbistanının xarici işlər naziri tərəfdaşlara geri çəkildiklərini bildirib. O, əsas rəqibləri hesab olunan İspaniya, Portuqaliya və Mərakeşi üstələməyin qeyri-mümkün olduğunu deyib.

Argentina, Uruqvay, Paraqvay və Çili də DÇ-2030 üçün birgə müraciətə hazırlaşırlar.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right