Ərəblər Bernardo Silvaya da tamah salıb!

“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva klubu tərk edə bilər.

Newsport.az-ın məlumatına görə, 28 yaşlı portuqaliyalı karyerasını Səudiyyə Ərəbistanı klublarının birində davam etdirməyə yaxındır.

Futbolçu ilə PSJ-nin də maraqlandığı bildirilirdi.

Öncədən almaniyalı yarımmüdafiəçi İlkay Gündoğanın da MS-dən ayrıldığı və “Barselona”ya keçdiyi deyilirdi.

Silva 2022/23 mövsümündə “şəhərlilər”in heyətində 55 oyuna çıxıb, 7 qol vurub və 8 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right