"Qarabağ"ın sabiq müdafiəçisi Polşada klubunu dəyişdi

"Qarabağ"ın sabiq futbolçusu Yakub Jezniçak Polşada klubunu dəyişib.

Newsport.az-ın məlumatına görə, 36 yaşlı mərkəz müdafiəçisi karyerasını III Liqada davam etdirəcək. Təcrübəli futbolçu "Kotviça Kolobjeq"ə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Onunla imzalanan müqavilənin müddəti açıqlanmayıb.

Qeyd edək ki, Yakub Jezniçak 2017-2019-cu illər ərzində "Qarabağ"da çıxış edib. Arxa xətt oyunçusu Ağdam təmsilçisində ayrıldıqdan sonra "Visla"ya keçmişdi. Polşa millisinin sabiq üzvü bir neçə gün öncə Plotsk təmsilçisini tərk edib.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right