"Trabzonspor"un baş məşqçisi Kaşuk üçün Rumıniyaya yollandı, danışıqlar başladı

"Şaxtyor" və Ukraynanın U-21 yığmasının üzvü Aleksey Kaşuk karyerasını Türkiyə Superliqasında davam etdirməyə yaxındır.

Newsport.az-ın məlumatına görə, 22 yaşlı yarımmüdafiəçinin xidmətində “Trabzonspor” maraqlıdır.

Qaradəniz təmsilçisinin baş məşqçisi Nenad Byelitsa Kaşuku sərəncamında görmək istəyir. Xorvatiyalı mütəxəssis başa çatan mövsümə qədər “Sabah”da oynamış futbolçunu canlı izləmək üçün dünən Rumıniyaya yollanıb.

O, Ukraynanın U-21 yığma komandaların Avropa çempionatı çərçivəsində ilk turda Xorvatiyaya qarşı keçirdiyi görüşü tribunadan izləyib. "Trabzonspor"un Kaşuk üçün "Şaxtyor"la danışıqlara başladığı iddia edilir. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right