Almaniyalı futbolçu İlkay Gündoğan “Barselona” ilə müqaviləyə klubdan ayrılmaq şərtini daxil edib.
Newsport.az-ın məlumatına görə, “Mançester Siti”nin yarımmüdafiəçisi müqaviləyə La Liqada qeydiyyat zəmanəti ilə bağlı bəndin daxil edilməsində israr edib. Kataloniya klubunun bunun baş verəcəyinə dair təminatlarına baxmayaraq, futbolçu rəsmi zəmanət istəyirdi.
Daha əvvəl tərəflər 2+1 şərti ilə müqavilə imzalayıblar.
Müqavilədə qeyd olunur ki, “Barselona” Gündoğanı La Liqanın yeni mövsümünün ilk dövrəsindən əvvəl (şərti olaraq 11-13 avqust) qeydiyyatdan keçirəcək. Bu baş verməsə, almaniyalı futbolçunun klubu azad agent kimi tərk etmək hüququ olacaq.