Türkiyə mətbuatı: Sərgən Yalçın “Neftçi” ilə anlaşa bilməyib

Türkiyəli mütəxəssis Sərgən Yalçının “Neftçi”nin baş məşqçi postuna keçidi baş tutmayıb.

Newsport.az Türkiyənin “Sabah” nəşrinə istinadən xəbər verir ki, tərəflər ötən gün Bakıda keçirilən görüşdə maliyyə şərtlərində razılığa gələ bilməyiblər.

Həmçinin, UEFA Konfrans Liqası və Azərbaycan Premyer Liqası ilə bağlı hədəflərdə də fikir ayrılığı yaşanıb.

“Neftçi” daha əvvəl baş məşqçisi Laurentsiu Regekampfla müqaviləyə vaxtından əvvəl xitam verib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right