“Neftçi”nin baş məşqçisi postuna əsas namizəd olan Sərgən Yalçın yekun danışıqlar üçün Bakıya gəlsə də, tərəflər razılığa gələ bilməyiblər.
Türkiyə mətbuatı tərəflərin maliyyə məsələsində anlaşa bilmədiyini iddia edir.
Newsport.az-ın məlumatına görə, Sərgənin “Neftçi” ilə anlaşmamasının səbəbi maliyyə yox, başqa məsələ olub.
Belə ki, “Neftçi” rəhbərliyi vaxtı ilə Sərgənin Azərbaycan millisini nəzərdə tutaraq dediyi “Azərbaycan-Mazərbaycan” sözlərinə görə ona mətbuat konfransı təşkil edərək, üzrxahlıq etməyi də şərt kimi qoyub.
Yəni Sərgəndən “Neftçi” ilə müqavilə imzalayandan sonra məbtuat konftansında üzr istəməsi istənilib. O isə buna razı olmayıb, sözlərinin çox şişirdildiyini bildirib.
“Neftçi” rəhbərliyi hesab edib ki, sabah komandanın uğursuz nəticələri olsa, ilk yada düşən Sərgənin həmin ifadələri olacaq.
Komanda.az