Səudiyyə Ərəbistanının birinci divizion klubu "Ohod" baş məşqçi postunda dəyişiklik edib.
Newsport.az-ın məlumatına görə, ərəblər vaxtı ilə "Qarabağ"da oynamış Zəkəriyyə Ramadanini komandaya dəvət edib. Belə ki, Ramadani baş məşqçi vəzifəsini yerinə yetirəcək. Kosovolunun köməkçilərindən biri də vaxtı ilə "Qarabağ"da oynamış Sedat Saini olub.
Maraqlıdır ki, sabiq "Qarabağ"lının komandaya cəlb etdiyi ilk futbolçu "Neftçi"nin yollarını ayırdığı Sezar Meza Kollidir. Paraqvaylı ilə bir illik müqavilə imzalanıb.

