Klyuvert İngiltərə klubuna keçir

2022/23 mövsümünü icarə əsasında “Valensiya”da keçirən “Roma”nın forvardı Castin Klyuvert iş yerini dəyişə bilər.

Newsport.az-ın məlumatına görə, İngiltərə klubu “Bornmut” 24 yaşlı futbolçunu transfer etməkdə iddialıdır. Danışıqlar artıq son mərhələdədir.

Klyuvert 2022/23 mövsümündə İspaniya klubunun heyətində bütün turnirlər daxil olmaqla 29 oyuna çıxıb, 8 qol vurub və 2 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right