Rusiyalı futbolçu “Beşiktaş”ın təklifini qəbul etməyib

Türkiyənin “Beşiktaş” klubu “Zenit”in hücumçusu Daler Kuzyayevlə maraqlanır.

Newsport.az-ın məlumatına görə, İstanbul təmsilçisinin baş məşqçisi Şenol Günəşin də heyətdə görmək istədiyi rusiyalı yarımmüdafiəçiyə mövsümlük 1,5 milyon avro maaşla 2+1 illik müqavilə təklif edilib. Kuzyayev təklifi qəbul etməyib. O, illik qazancının 2 milyon avroya yüksəldilməsini tələb edib.

Kuzyayevin transferi reallaşsa, o, azad agent kimi “Beşiktaş”a keçəcək. Bu səbəbdən, futbolçu bonuslardan da qazanc əldə etmək istəyir. Bu cür ödənişlər Türkiyə klubunun daxili siyasətinə zidd olduğuna görə tərəflər problemin həllinə nail olmaq üçün müxtəlif üsullar düşünürlər. Danışıqların gələn həftənin əvvəlində yekunlaşacağı gözlənilir.

Kuzyayev 2017-ci ilin yayından “Zenit”də çıxış edir. O, 2022/23 mövsümündə 26 oyuna çıxıb, 5 qol vurub və 4 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right