"Yuventus" onu aldı

"Yuventus" "Marsel"dən Arkadiuş Miliki birdəfəlik transfer edib.

Newsport.az-ın məlumatına görə, bu barədə Turin təmsilçisinin saytı məlumat yayıb. 

Klub üç il ərzində 29 yaşlı hücumçu üçün 6,3 milyon avro təzminat ödəyəcək. Müəyyən şərtlər daxilində bonus olaraq daha 1,1 milyon ödənilə bilər.

Miliklə 2026-cı ilin iyunun sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, Milik ötən mövsüm icarə əsasında oynadığı "Yuventus"da 39 oyuna çıxıb, 9 qol vurub. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right