Əliyar Ağayev Avropa çempionatının açılış oyununu idarə etdi

Bu gün futbol üzrə gənclər arasında (U-21) Avropa çempionatının final mərhələsi start götürüb.

Newsport.az-ın məlumatına görə, yarışın açılış oyunu bu gün Tiflisdəki "Mixail Mesxi" adına stadionda keçirilib. Belçika və Niderland komandaları arasında açılış matçının baş hakimi Əliyar Ağayev olub. Görüş 0:0 hesabı ilə başa çatıb. Ə.Ağayev 5 futbolçuya (3-ü Belçika, 2-i Niderland) sarı vərəqə göstərib. 

Qeyd edək ki, Ə.Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli köməklik göstərib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right