"Milan"ın futbolçusu üçün Premyer Liqadan 50 milyonluq təklif

"Milan"ın futbolçusu Sandro Tonali karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Newsport.az-ın məlumatına görə, italiyalı yarımmüdafiəçinin xidmətində "Nyukasl" və "Çelsi" maraqlıdır. Bu barədə "The Atletic" məlumat yayıb. "Nyukasl" 23 yaşlı orta xətt oyunçusu üçün İtaliya klubuna 50 milyon avroluq təklif göndərib.

Qeyd edək ki, "Milan" Sandro Tonalini 2021-ci ilin yayında "Breşiya"dan transfer edib. İtaliya millisinin üzvü son mövsümdə A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 48 rəsmi matçda 2 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right