"Sabah"ın futbolçusu Ukraynaya Xorvatiya ilə matçda qələbə qazandırdı

21 yaşadək futbolçular arasında keçirilən Avropa çempionatına start verilib.

Newsport.az-ın məlumatına görə, "Sabah"ın futbolçusu Aleksey Kaşukun formasını geyindiyi Ukrayna millisi Xorvatiya seçməsi ilə qarşılaşıb. Matç ukraynalıların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Aleksey Kaşuk da bu görüşün iştirakçısı olub. 23 yaşlı yarımmüdafiəçi oyuna start heyətdə başlayıb və 71-ci dəqiqədə əvəzlənib. "Sabah"ın üzvü komandasının ilk qolunu vurub, ikinci qolun isə ötürməsini verib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right