"Mançester Siti" ilə müqaviləsi başa çatan İlkay Gündoğanın yeni klubu bəlli olub.
Newsport.az-ın məlumatına görə, 32 yaşlı yarımmüdafiəçi "Barselona"ya keçib. Bu barədə Fabritsio Romano məlumat yayıb. Almaniya millisinin üzvü ilə 2+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, "Mançester Siti" İlkay Gündoğanı 2016-cı ildə Dortmund "Borussiya"sından transfer edib. Türk orta xətt oyunçusu "şəhərlilər"in heyətində meydana çıxdığı 304 rəsmi matçda 60 qol və 40 məhsuldar ötürmə ilə yadda qalıb.