"Çelsi" ilə müqaviləsi başa çatan Nqolo Kantenin "Əl İttihad"a keçidi rəsmiləşib.
Newsport.az-ın məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanı klbunun saytı məlumat yayıb. Fransalı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.
İngiltərə mətbuatı Kantenin mövsümə 25 milyon avro maaş alacağını yazıb.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı çempionatında ötən mövsümün qalibi olan "Əl İttihad" bundan əvvəl "Real"dan ayrılan Kərim Benzemanı da transfer etmişdi.