"Zirə"nin sabiq müdafiəçisi Anastasios Papazoqlu Yunanıstan mətbuatına açıqlama verib.
Newsport.az-ın məlumatına görə, "athletestories"ə danışan yunan futbolçu Azərbaycandakı çıxışını xatırlayıb. Ölkəmizə gələnə qədər "Olimpiakos", APOEL(Nikosiya), "Ksanti", "Panetolikos", "Apollon Smirnis", "OFİ Krete" klublarında oynamış 34 yaşlı oyunçu karyerasının istədiyi kimi alınıb-alınmaması haqda fikirlərini çatdırıb:
"Təbii ki, futbolu daha çox inkişaf etmiş Avropa ölkəsində oynamaq istəyərdim, nəinki Kiprdə APOEL, Azərbaycanda "Zirə" klubunda. Lakin həmin vaxtı APOEL, daha sonra "Zirə"dən yana seçim etmişdim. Yəni, o vaxtı da belə qərar qəbul etmişdim".
Xatırladaq ki, Anastasios 2019-cu ilin yayından 2020-ci ilin oktyabrına kimi "Zirə"də çıxış edib. 34 yaşlı futbolçu hazırda “Panserraikos”da oynayır.