"Neftçi"nin futbolçusu Çinə qarşı oynadı

"Neftçi"nin legioneri Ataa Caber Fələstin millisinin heyətində növbəti matçına çıxıb.

Newsport.az-ın məlumatına görə, Caberin komandası Çin önünə çıxıb. Qarşılaşma Çinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Meydana start heyətində çıxan "Neftçi"nin futbolçusu sona qədər oyunda olub.

Xatırladaq ki, İsrailin U-21 yığmasının sabiq üzvü olan Ataa bir müddət əvvəl Fələstin yığmasında oynamağı qəbul etmişdi. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right