Türkiyənin "Qalatasaray" klubu yarımmüdafiə xəttini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.
Newsport.az-ın məlumatına görə, İstanbul təmsilçisi "Boavişta"da çıxış edən Qayus Makutanı rənglərinə bağlamaq istəyir. Bu barədə "A Bola" nəşri məlumat yayıb. "Sarı-qırmızılar" Portuqaliya klubu ilə 1 illik müqaviləsi qalan 26 yaşlı yarımmüdafiəçini uyğun qiymətə transfer etməyə çalışacaq.
Qeyd edək ki, "Boavişta" Qayus Makutanı 2021-ci ilin yayında "Braqa"dan transfer edib. Konqo millisinin üzvü son mövsümdə Premyer Liqa təmsilçisinin heyətinə meydana çıxdığı 37 rəsmi matçda 2 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.