Arda Güler Türkiyə millisinin tarixinə düşdü

Arda Güler adını Türkiyə milli komandasının tarixində yazdırıb.

Newsport.az xəbər verir ki, gənc futbolçu buna Avro-2024-ün seçmə mərhələsinin Uelslə matçında fərqlənməklə nail olub.

"Fənərbaxça"nın yarımmüdafiəçisi "ay-ulduzlular"ın heyətində rəsmi matçlarda qol vuran ən gənc futbolçu kimi tarixə düşüb. 80-ci dəqiqədə komandasının ikinci qolunu vuran Arda 18 yaş 114 günlüyündə fərqlənib.

Qeyd edək ki, Türkiyə yığması Uelsi 2:0 hesabı ilə məğlub edərək D qrupunun lideri olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right