Milli komanda baş məşqçisiz qaldı

Futbol üzrə Meksika yığmasının baş məşqçisi Dieqo Kokka postundan ayrılıb.

Newsport.az-ın məlumatına görə, bu barədə Meksika Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Argentinadan olan 51 yaşlı mütəxəssisi müvəqqəti olaraq Xayme Losanonun əvəz edəcəyi diqqətə çatdırılıb.

Xatırladaq ki, Kokka fevral ayından Meksika yığmasına rəhbərlik edirdi. O, bu komandanı cəmi 7 matça çıxarıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right