"Zirə"nin legioneri Tanzaniyaya qarşı oynadı

"Zirə"nin müdafiəçisi İssa Cibrilla Afrika Millətlər Kubokunun seçmə mərhələsində Niger yığmasının heyətində çıxış edib.

Newsport.az-ın məlumatına görə, F qrupunun 5-ci turunda Niger səfərdə Tanzaniya ilə oynayıb və 0:1 hesabı ilə uduzub.

Cibrilla 73-cü dəqiqədə meydana daxil olub.

Hazırda aktivində iki xalı olan Niger millisi qrupda sonuncu yerdədir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right