Mahir Emreli "Dinamo"nun toplanışına nə vaxt qoşulacaq?

Mahir Emrelinin "Dinamo"nun düşərgəsinə qoşulacağı tarix bəlli olub.

Newsport.az-ın məlumatına görə, Zaqreb təmsilçisi bu gün yeni mövsümün hazırlığına start verib. Mahir Emreli isə millimizin Avro-2024-ün seçmə mərhələsində Estoniya ilə oyunu ilə əlaqədar Zaqreb klubunun təlim-məşq toplanışına iyunun 25-də qoşulacaq.

Qeyd edək ki, Mahir Emreli son mövsümün ikinci yarısını icarə əsasında "Konyaspor"da keçirib. "Dinamo"nun baş məşqçisi İqor Bişçan 26 yaşlı hücumçunun performansını izlədikdən sonra onunla bağlı qərarını verəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right