"Qalatasaray"ı bu kluba dəyişdi Rəsmi

Türkiyənin "Qalatasaray" klubunda ayrılıq gerçəkləşib.

Newsport.az-ın məlumatına görə, İstanbul təmsilçisi qapıçı Okan Koçukla yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı "əlcək sahibi"nin mövsümün sonunda başa çatan müqaviləsinin müddəti uzadılmayıb.

Okan Koçukun yeni klubu da artıq bəllidir. Təcrübəli futbolçu Super Liqaya vəsiqə qazanan "Samsunspor"a keçib. "Ağ-qırmızılar" mətbuat xidməti vasitəsilə keçidi açıqlayıb.

"Qalatasaray" Okan Koçuku 2019-cu ilin yayında "Bursaspor"dan transfer etmişdi. Türk qapıçı son mövsümdə "sarı-qırmızılar"ın heyətində 5 rəsmi matçda meydana çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right