"Bu oyunda vurduğum qol mənim üçün çox önəmli idi" Millimizə ən çox qol vuran futbolçu

Türkiyənin U-21 yığmasının hücumçu Enis Destan Azərbaycanın 21 yaşlılarına qarşı keçirdikləri yoxlama oyunu barədə fikirlərini bölüşüb.

Newsport.az-ın məlumatına görə, o, ötən gün İstanbulda baş tutan və1:0 hesablı qələbə qazandıqları matçla bağlı bunları söyləyib.

“Əvvəlcə qardaş komandaya təşəkkür edirəm. Bizi qırmadılar, yoldaşlıq oyunu keçirdilər. Onlara da uğurlar arzulayıram. Gözəl oyun oldu. Meydanda təzyiqə və pressinqə üstünlük verən bir komanda vardı. Bunu davam etdirmək istəyirik, amma topla oyunda bir az daha yaradıcı olmalıyıq. Məşqlərdə bunların üzərində çalışıb, növbəti matçlara daha yaxşı şəkildə çıxacağıq. Bu oyunda vurduğum qol mənim üçün çox önəmli idi. Uzun fasilədən sonra ilk qolumu vurdum. Bu, məni motivasiya etdi. Qarşıdakı matçlarda da qol vurmağa çalışacağam”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right