“Azərbaycan millisinə 4-5 qol vurmalıydıq” - Türkiyə yığmasının baş məqşçisi

Türkiyənin U-21 yığmasının baş məqşçisi Levent Sürme  Azərbaycanın 21 yaşlılarına qarşı keçirdikləri yoxlama oyunu barədə fikirlərini bölüşüb.

Newsport.az-ın məlumatına görə, o, ötən gün İstanbulda baş tutan və1:0 hesablı qələbə qazandıqları matçla bağlı bunları söyləyib.

 “Təəssüf ki, matç 1:0 bitdi. Daha böyük hesablı qələbə gözləyirdik. Rəqibi çox təzyiq altında saxladıq. Top saxlamağa çalışmırdıq. Belə bir istəyimiz də yox idi. Çoxlu hücumlar qurduq. Rəqibə cəmi bir qol fürsəti verdik. Bu baxımdan hər şey yaxşıdır, amma dediyim kimi, təəssüf ki, hesab 1:0 oldu. Bu, istədiyimiz hesab deyil. Hətta 3-4-5 qol vura bilərdik. Hesabdan məmnun qalmasaq da, oyun sevindirdi. Qarşıda daha bir oyun var. Bosniya və Herseqovina Azərbaycan millisi qədər geri çəkilməyəcək, bu, dəqiqdir”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right