“Barselona” müqaviləmin 2027-ci ilə qədər uzadılmasını istəyir” Dembele

“Barselona”nın futbolçusu Osman Dembele klubla müqaviləsinin 2027-ci ilə qədər uzadıla biləcəyini deyib.

Newsport.az-ın məlumatına görə, o, “Karyeranı “Barselona”da davam etdirmək istəyirsən” sualını belə cavablandırıb:

“Bəli, “Barselona” müqaviləmin 2027-ci ilə qədər uzadılmasını istəyir. Hər şey qaydasındadır. Agentim klub rəhbərliyi ilə əlaqə saxlayacaq. Burada xoşbəxtəm, özümü evdəki kimi hiss edirəm. Bundan sonra nələrin olacağını görəcəyik”.

Fransalı futbolçu adının PSJ ilə hallanmasına da münasibət bildirib:

“Adımın PSJ ilə nə üçün bu qədər çox çəkildiyini bilmirəm. Yəqin ki, bu, fransalı olduğum üçün belədir. PSJ ilə heç bir əlaqəm və bağlılığım yoxdur”.

26 yaşlı Dembelenin Kataloniya təmsilçisi ilə hazırkı müqaviləsi 2024-cü ilin yayına qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right