“Qol vura biləcək futbolçulara ehtiyacımız var” Dzeko

Bosniya və Herseqovina millisinin hücumçusu Edin Dzeko AÇ-2024-ün seçmə mərhələsinin 3-cü turunun Portuqaliya ilə matçını (0:3) dəyərləndirib.

Newsport.az-ın məlumatına görə, o, ilk hissədə yaxşı oynadıqlarını bildirib:

“Bu matçda birinci qol həlledici oldu. İlk hissədə yaxşı oynamışdıq. Meydançada çoxlu qaçdıq. İlk hissənin sonunda rəqibin vurduğu qol oyunun onların xeyrinə bitməsinə kömək etdi.

Fasilədən sonra qol epizodlarımız oldu. Məncə, biz özümüzə inanmırdıq. Qol vura biləcək futbolçulara ehtiyacımız var”.

Bosniya və Herseqovina millisi hazırda J qrupunda 3 xalla dördüncü, Portuqaliya isə 9 xalla birinci yerdə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right