“Atalanta” onu ancaq 75-80 milyon avroya satmaq istəyir

“Atalanta” hücumçusu Rasmus Hoylundu 35 milyon avroya satmaq fikrində deyil.

Newsport.az-ın məlumatına görə, İtaliya klubu 20 yaşlı forvardın satışından ən azı 50 milyon, bonuslar da nəzərə alınmaqla 75-80 milyon avro qazanmaq fikrindədir.

Danimarkalı ilə “Mançester Yunayted”, “Yuventus”, “Milan”, “İnter” və “Napoli” maraqlanır.

O, ötən ilin avqustunda “Şturm Qraz”dan Berqamo təmsilçisinə keçib. Onun klubla hazırkı sözləşməsi 2027-ci ilə qədər nəzərdə tutulub.

Hoylund 2022/23 mövsümündə İtaliya çempionatında 31 oyuna çıxıb, 8 qol vurub və 4 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right