Ötən mövsümün başa çatmasına bir neçə tur qalımış "Xəzər Lənkəran”ın baxışa gətirərək geri göndərdiyi ukraynalı futbolçu Andrey Saxneviçin yeni klubu bəlli olub.
Newsport.az-ın məlumatına görə, Saxneviç karyerasını Rusiyada davam etdirəcək. Belə ki, Saxneviç Rusiya I Divizionunda mübarizə aparan "Kamaz”la münasibətlərini rəsmiləşdirib. O, yeni klubu ilə iki illik müqavilə imzalayıb.
Qeyd edək ki, "Kamaz” geridə qalan 10 turda 3 xal toplayıb və sonuncu – 20-ci pillədə qərarlaşıb.