İtaliyanın “İnter” klubu müdafiəçisi Lorentso Pirola və hücumçusu Samuele Mulattierini satıb.
Newsport.az-ın məlumatına görə, Pirola “Salernitana”ya, Mulattieri “Frozinone”yə satılıb.
Hər iki futbolçu sözügedən klublara icarə əsasında keçmişdi. Onların müqaviləsində mövsümün sonunda satınalma şərti də var idi. Bu üzdən də “Salernitana” “İnter”ə 5, “Frozinone” isə 4,5 milyon avro ödəməklə müvafiq olaraq Pirola və Mulattierinin transfer hüquqlarını alıblar.