Azərbaycan millisinin üzvü baş məşqçisiz qaldı

Niderlandın “Eyndhoven” komandası baş məşqçisiz qalıb.

Newsport.az-ın məlumatına görə, Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi komandada Rob Penders klubdan ayrılıb.

Buna onun Erediviziya təmsilçisi “Utrext”dən aldığı təklif səbəb olub. Bu üzdən də 47 yaşlı mütəxəssis ikinci liqa təmsilçisini tərk edib.

Penders 2021-ci ilin 2021-ci ilin yayından “Eyndhoven”ə rəhbərlik edirdi. Komanda geridə qalan mövsümdə Niderland ikinci divizionunda 38 oyuna 58 xalla 8-ci yeri tutub. Ozan Can isə 34 oyuna çıxıb, 6 qola imza atıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right